"Avtobus sayları artırılmalıdır, sıxlıq yaşanmamalıdır"


Digərləri 18 Sen 2020 15:25:00 73 0

"Avtobus sayları artırılmalıdır, sıxlıq yaşanmamalıdır"

Yumşalma tədbirləri digər ölkələrin praktikalarından faydalanaraq görülür. Karantin şərtlərinin yumşaldılmasında da, karantinin sərtləşdirilməsində də digər ölkə təcrübələrindən faydalanırıq. 

Bunu Son.az-a açıqlamasında Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar deyib.

İnfeksionist bildirib ki, həm aidiyyəti qurumlar üzərinə düşən işi doğru şəkildə icra etsələr, həm də vətəndaşlar məsuliyyətli olsalar, biz Avropa ölkələrinin  üzləşdikləri problemləri yaşamarıq:

"Hazırda bizdə atılan addımlar ona xidmət etdi ki, nəticədə yoluxma sayı azalır və yaxud da kəskin yüksəlmələr hələ müşahidə edilmir. Əgər bu şəkildə davam etsək və eyni şəkildə həm aidiyyəti qurumlar üzərinə düşən işi doğru şəkildə icra etsələr, həm də vətəndaşlar onlardan tələb olunan qaydalara (maska taxmaq, sosial məsafə saxlamaq, əl gigiyenası) əməl etsələr, düşünürəm ki, biz həmin ölkələrin üzləşdikləri problemləri yaşamaya bilərik. Amma məsuliyyətsiz insanlara ictimai yerlərdə hamımız rast gəlirik. Maska taxmamağı bəziləri sağlamlıq məsələləri ilə əlaqələndirir, bəziləri səbirsizlənir, bəziləri, ümumiyyətlə, hələ də soyuqqanlı yanaşır, belə bir xəstəliyin var olduğuna inanmırlar. Buna görə də istəyərdim ki, cəmiyyətdə ictimai qınaq olsun. Heç kəs düşünməsin ki, o, maska taxmayıb, mən ona heç nə deyə bilmərəm. Biz öz ətrafımızda gördüklərimizə irad bildirsək, məsafə gözləmələrini, maska taxmalarını tələb etsək, eyni zamanda aidiyyəti qurumlar da bu məsələdə təşəbbüs göstərsələr, istəyimizə çatarıq. Məsələn, avtobus sayları artırılmalıdır, avtobuslarda sıxlıq yaşanmamalıdır, ictimia iaşə obyektləri, restoranlar da onlardan tələb edilən qaydalara çox ciddi şəkildə əməl etməlidirlər və yaxud da onları nizamlayan qurumlar buna ciddi şəkildə nəzarət etməlidir ki, vətəndaş məsuliyyətsizliyinin önünü ala bilsin".

V.Yaşar qeyd edib ki, Avropa va qonşu ölkələrdəki yoluxma sayındakı kimi kəskin artımla qarşılaşarıqsa, bu işin öhdəsindən gələ bilərik.

"Məsuliyyəti nə tək vətəndaşın boynuna ata bilmərik, nə də deyə bilmərik ki, tək dövlət bunu nəzarətdə saxlasın. Biz birlikdə güclüyük. Hamı bir-birinə dəstək olaraq bu problemi yoluna qoya bilər, öhdəsindən gələ bilər. O məsuliyyətsiz vətəndaş anlayışı bütün ölkələrdə var, bütün ölkələr bu problemi yaşayır. Nisbət olaraq ola bilər bizdə məsuliyyətsiz vətəndaş bir az daha çox olsun, amma bu problemlə mart ayından bu yana biz üz-üzəyik. Bu, bizi yormamalıdır, məcburuq ki, bunun da öhdəsindən gələk. Amma düşünürəm ki, bizdə görülən tədbirlər imkan verir ki, yoluxanların sayının yenidən artması baş verərsə, önündə dayanaq. Tədbirlər görülüb, artıq modul tipli xəstəxanalar hazırlandır, personal daha da təcrübəli oldu bu sahədə, təlimlər verilir və s. Düşünürəm ki, Avropa va qonşu ölkələrdəki yoluxma sayındakı kimi kəskin artımla qarşılaşarıqsa, bu işin öhdəsindən gələ bilərik".  

Təhməz Əsədov Son.az 

Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi like
  • 18 Sen 15:19  
Kriminal Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi

Gömrük orqanları ölkə ərazisinə qanunsuz yollarla gətirilən dərman vas

arrow Ətraflı
Pensiyalarla bağlı bəzi məhdudiyyətlər götürülür like
  • 18 Sen 15:18  
Digərləri Pensiyalarla bağlı bəzi məhdudiyyətlər götürülür

Azərbaycanda yaşa görə pensiya alanların əlilliyə görə pensiyaya keçid

arrow Ətraflı
BakıQuba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi like
  • 18 Sen 15:14  
Kriminal BakıQuba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi

Bu il 05 may 2017-ci il tarixdə gecə saat 02 radələrində Bakı-Quba magistr

arrow Ətraflı
Dövlət qulluğuna qəbul üzrə növbəti imtahana dair like
  • 18 Sen 15:08  
Digərləri Dövlət qulluğuna qəbul üzrə növbəti imtahana dair

Dövlət İmtahan Mərkəzi 2020-ci il sentyabrın 10-da dövlət qulluğuna qə

arrow Ətraflı
Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib like
  • 18 Sen 15:07  
Siyasət Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib

Prezident İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti

arrow Ətraflı
“Abituriyent Məsləhət Mərkəzləri” istirahət günləri də fəaliyyət göstərəcək like
  • 18 Sen 15:03  
Digərləri “Abituriyent Məsləhət Mərkəzləri” istirahət günləri də fəaliyyət göstərəcək

"Ali təhsil müəssisələrinin ixtisas seçiminin 20 sentyabr saat 23:59-

arrow Ətraflı
Cim Kerri ABŞın yeni Co Baydeni olacaq like
  • 18 Sen 14:52  
Digərləri Cim Kerri ABŞın yeni Co Baydeni olacaq

Amerikalı aktyor Cim Kerri NBC telekanalında yayımlanan "Saturday Night

arrow Ətraflı
Rusiyada 6 yaşlı oğlana təcavüz edən şəxs tutuldu  FOTO like
  • 18 Sen 14:46  
Dünya Rusiyada 6 yaşlı oğlana təcavüz edən şəxs tutuldu FOTO

Rusiyanın Perm vilayətində azyaşlıya təcavüz edilib.

arrow Ətraflı
Azərbaycanda bu xanıma yüksək VƏZİFƏ VERİLDİ like
  • 18 Sen 14:41  
Digərləri Azərbaycanda bu xanıma yüksək VƏZİFƏ VERİLDİ

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə

arrow Ətraflı
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı məlumat yaydı like
  • 18 Sen 14:37  
Digərləri Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı məlumat yaydı

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121

arrow Ətraflı
Üzeyir Hacıbəyli  Taleyi tarixlə birləşik dahi like
  • 18 Sen 14:35  
Kriminal Üzeyir Hacıbəyli Taleyi tarixlə birləşik dahi

Bu gün, 18 sentyabr, böyük bəstəkarımız, Qarabağın yetirdiyi dahilərd

arrow Ətraflı
Usta şirkətin damından yıxıldı like
  • 18 Sen 14:30  
Digərləri Usta şirkətin damından yıxıldı

Sentyabr 17-də Hacıqabul rayonunun Atbulaq kənd sakini İlkin Baxşaliyevin f

arrow Ətraflı