BakıQuba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi


Kriminal 18 Sen 2020 15:14:00 72 0

BakıQuba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi

Bu il 05 may 2017-ci il tarixdə gecə saat 02 radələrində Bakı-Quba magistral yolunun Xızı rayonu Yaşma kəndi ərazisindən keçən yolda naməlum avtomobilin 1952-ci il təvəllüdlü Bakı şəhəri sakini Kərimov Kamil Əhmədağa oğlunu vurub hadisə yerindən qaçması faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdı.

Baş Prokurorluqdan Son.az-a verilən məlumatda bildirilir ki, aparılmış istintaqla Kərimov Kamil Əhmədağa oğlunun qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, 19.08.2019-cu il tarixdə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə Həsənov Bəhruz Bayram oğlunun bibisi oğlu Kamil Kərimovla 04 may 2017-ci il tarixdə gecə saatlarına kimi mərhumun qardaşı Feyruz Kərimov tərəfindən təşkil edilmiş Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Yaşma bağlar massivində yerləşən bağ evindəki məclisdə spirtli içkilər qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Kamil Kərimovun baş nahiyəsinə bir litrlik şüşə butulka ilə bir dəfə möhkəm zərbə vurmaqla ona sağlamlığa ağır dərəcəli zərərvurmaya aid olan xəsarət yetirməsindən sonra Bakı-Quba magistral yolunun Xızı rayonu Yaşma kəndi ərazisindən keçən hissəsində düşürməsinə və nəticədə yolun kənarında olan Kamil Kərimovun naməlum avtomobillə vurularaq aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu əsasla 07.09.2020-ci il tarixdə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin məcəllənin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 307.2 (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə), 263.2 və 264-cü maddələrinə tövsif olunmaqla, istintaqın davam etdirilməsi Baş Prokuror tərəfindən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Cinayət işi üzrə məhkəmə-tibbi, məhkəmə-bioloji, təkrar məhkəmə-tibbi, əlavə komisyon məhkəmə-tibbi və digər zəruri ekspertizalar təyin olunmuş, o cümlədən müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı zəruri tapşırıqlar verilib.

İstintaq zamanı təqsirləndirilən şəxs Bəhruz Həsənov müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi əməli səmimi olaraq etiraf etmiş, bundan başqa hadisənin şahidi olmuş şəxslər hadisənin baş vermə şəraitini videoçəkilişlə ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti zamanı olduğu kimi göstərib.

Bəhruz Həsənov 07.09.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 09.09.2020-ci il tarixdə isə ona həmin maddə ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda mərhum Kərimov Kamil Əhmədağa oğlunun meyitinin aşkar olunma şəraiti, o cümlədən hadisənin baş vermə şərait və mexanizmi və digər xüsusatların istintaq yolu ilə hərtərəfli öyrənilməsi məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dövlət qulluğuna qəbul üzrə növbəti imtahana dair like
  • 18 Sen 15:08  
Digərləri Dövlət qulluğuna qəbul üzrə növbəti imtahana dair

Dövlət İmtahan Mərkəzi 2020-ci il sentyabrın 10-da dövlət qulluğuna qə

arrow Ətraflı
Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib like
  • 18 Sen 15:07  
Siyasət Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib

Prezident İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti

arrow Ətraflı
“Abituriyent Məsləhət Mərkəzləri” istirahət günləri də fəaliyyət göstərəcək like
  • 18 Sen 15:03  
Digərləri “Abituriyent Məsləhət Mərkəzləri” istirahət günləri də fəaliyyət göstərəcək

"Ali təhsil müəssisələrinin ixtisas seçiminin 20 sentyabr saat 23:59-

arrow Ətraflı
Cim Kerri ABŞın yeni Co Baydeni olacaq like
  • 18 Sen 14:52  
Digərləri Cim Kerri ABŞın yeni Co Baydeni olacaq

Amerikalı aktyor Cim Kerri NBC telekanalında yayımlanan "Saturday Night

arrow Ətraflı
Rusiyada 6 yaşlı oğlana təcavüz edən şəxs tutuldu  FOTO like
  • 18 Sen 14:46  
Dünya Rusiyada 6 yaşlı oğlana təcavüz edən şəxs tutuldu FOTO

Rusiyanın Perm vilayətində azyaşlıya təcavüz edilib.

arrow Ətraflı
Azərbaycanda bu xanıma yüksək VƏZİFƏ VERİLDİ like
  • 18 Sen 14:41  
Digərləri Azərbaycanda bu xanıma yüksək VƏZİFƏ VERİLDİ

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə

arrow Ətraflı
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı məlumat yaydı like
  • 18 Sen 14:37  
Digərləri Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı məlumat yaydı

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121

arrow Ətraflı
Üzeyir Hacıbəyli  Taleyi tarixlə birləşik dahi like
  • 18 Sen 14:35  
Kriminal Üzeyir Hacıbəyli Taleyi tarixlə birləşik dahi

Bu gün, 18 sentyabr, böyük bəstəkarımız, Qarabağın yetirdiyi dahilərd

arrow Ətraflı
Usta şirkətin damından yıxıldı like
  • 18 Sen 14:30  
Digərləri Usta şirkətin damından yıxıldı

Sentyabr 17-də Hacıqabul rayonunun Atbulaq kənd sakini İlkin Baxşaliyevin f

arrow Ətraflı
Azərbaycan nümayəndəsi BMTnin Komitəsinə üzv seçilib like
  • 18 Sen 14:28  
Digərləri Azərbaycan nümayəndəsi BMTnin Komitəsinə üzv seçilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasını

arrow Ətraflı
Naxçıvanda Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq like
  • 18 Sen 14:24  
Digərləri Naxçıvanda Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrı

arrow Ətraflı
“Xankəndi talanları” kampaniyası çərçivəsində növbəti VİDEOçarx hazırlanıb like
  • 18 Sen 14:23  
Siyasət “Xankəndi talanları” kampaniyası çərçivəsində növbəti VİDEOçarx hazırlanıb

1988-ci il 18 sentyabr tarixində Azərbaycanın Xankəndi şəhərində Erməni

arrow Ətraflı
Tramp gileyləndi: “Prezident olandan sonra dostlarımla oturub içə bilmirəm” like
  • 18 Sen 14:19  
Dünya Tramp gileyləndi: “Prezident olandan sonra dostlarımla oturub içə bilmirəm”

ABŞ Prezidenti Donald Tramp prezident seçiləndən sonra bütün dostlarını

arrow Ətraflı
"Korrupsiyaya qarşı mübarizədə Azərbaycan Prezidenti daha qətiyyətli görünür" like
  • 18 Sen 14:13  
Siyasət "Korrupsiyaya qarşı mübarizədə Azərbaycan Prezidenti daha qətiyyətli görünür"

Bütün dönəmlərdə cənab Prezident İlham Əliyev korrupsiyanın önündə

arrow Ətraflı