Bank Respublika Azərbaycanda ilk dəfə gənclər üçün "Universal mütəxəssislərin hazırlığı" proqramına start verir


Digərləri 18 Sen 2020 15:20:00 180 0

Bank Respublika Azərbaycanda ilk dəfə gənclər üçün "Universal mütəxəssislərin hazırlığı" proqramına start verir

"Bank Respublika" ASC istedadlı və özünə güvənən gənclər üçün "Universal mütəxəssislərin hazırlığı" proqramına start verir.

Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü gəncləri, istedadlı və motivasiyalı, universiteti yeni bitirmiş məzunları "Universal mütəxəssislərin hazırlığı" proqramına qoşulmağa dəvət edirik. Qeyd edək ki, proqrama ilkin mərhələdə yalnız Bakı şəhərində yaşayan gənclər qoşula bilər.

Universal mütəxəssis kimdir?

Universal mütəxəssis fiziki şəxslərlə bağlı bütün növ bank əməliyyatlarını apara bilən, həmçinin onların istehlak kreditlərinin bütün istiqamətləri üzrə ehtiyaclarını qarşılamaq bacarığı və biliyi olan mütəxəssisdir.

"Universal mütəxəssislərin hazırlığı" proqramına necə qoşulmaq olar?

CV-nizi [email protected] ünvanına 25 sentyabr tarixinədək göndərmək; Emailın mövzu hissəsində proqramın adını "Universal mütəxəssislərin hazırlığı" qeyd etmək.

Sizə nə vəd edirik?