Usta şirkətin damından yıxıldı


Digərləri 18 Sen 2020 14:30:00 208 0

Usta şirkətin damından yıxıldı

Sentyabr 17-də Hacıqabul rayonunun Atbulaq kənd sakini İlkin Baxşaliyevin fəhlə işlədiyi "Green house" MMC-nin giriş hissəsinin dam örtüyünün üzərində təmir işləri ilə məşğul olduğu zaman yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hacıqabul Rayon Prokurorluğundan Son.az-a verilən məlumatda bildirilir ki, dərhal prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, hadisə ilə əlaqədar izahatlar alınmış və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin baş vermə səbəb, şərait və mexanizminin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.