Yeni doğulan körpə hamını şoka saldı iki başı var


Digərləri 18 Sen 2020 13:51:00 174 0

Yeni doğulan körpə hamını şoka saldı  iki başı var

Myanmada ikibaşlı uşaq dünyaya gəlib. 

Son.az baku.ws-ə istinadən xəbər verir ki, körpə Neypido şəhərində anadan olub. Ailənin ikinci övladı kimi doğulan körpənin iki başı var.

29 yaşlı Sanda Min hamiləliyinin 8-ci ayında xəstəxanaya müraciət edib. Qadın qeysəriyyə kəsiyi ilə ana olub. Doğulan körpənin çəkisi 2,5 kq-dır.

Onun bir bədəni və daxili orqanları var. "Artıq başının olduğunu nəzərə almasaq, uşaq tamamilə sağlamdır", - xəstəxanadan verilən açıqlamada bildirilir.