"Apple" 5G texnologiyası ilə 75 milyon smartfon buraxacaq


Dünya 01 Sen 2020 15:16:00 204 0

"Apple" 5G texnologiyası ilə 75 milyon smartfon buraxacaq

"Apple" şirkəti ilin sonunadək 5G texnologiyasını dəstəkləyən 75 milyon smartfon istehsal etmək niyyətindədir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Bloomberg" agentliyi yazır.

Qeyd olunur ki, "Apple" bu təkliflə tədarükçülərə müraciət edib. Bu göstərici "Apple"ın ötənilki istehsal göstəricilərinə bərabərdir.

Xatırladaq ki, şirkət oktyabr ayında 4 yeni "iPhone" modelini satışa çıxaracaq. Bu smartfonların 5G texnologiyasını dəstəkləyəcəyi deyilir.