Koronavirus birdəfəlik yoxa çıxa bilər


Digərləri 01 Sen 2020 15:18:00 240 0

Koronavirus birdəfəlik yoxa çıxa bilər

Peyvəndi hələ də tapılmayan COVİD-19 virusu hazırda dünyanı ən çox narahat edən problem olaraq artıq 6 aydır ölkəmizdə də bir nömrəli məsələyə çevrilib.

Bu günə kimi ölkədə ümumilikdə 36 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilsə də bu şəxslər arasında təkrar yoluxma faktının aşkar edilib-edilməməsi məsələsi ən çox düşündürən suallardandır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov Son.az-a açıqlamasında bildirib ki, təkrar yoluxma olarsa, demək, insanlar koronavirusa qrip kimi hər il yoluxacaqlar:

"Koronavirusa təkrar yoluxmalar təsdiq olunarsa, onda deməli, burada peyvənddən başqa çıxış yolu olmayacaqdır. Peyvəndin də burada əsas məqsədi o olacaqdır ki, o peyvənd 1 il, 5 il, 10 ildənmi bir vurula bilər və vurulduqdan sonra orqanizm həmin dövrdə o virusa qarşı müqavimətli olur və virus ona ciddi zərər yetirə bilmir. Amma peyvənd olmadığı dövrdə koronavirus çox böyük problemlər yaradacaqdır. Çünki təkrar yoluxma halı olarsa, təsdiqlənərsə, immunitet davamlı formalaşmazsa, bu, o deməkdir ki, qrip kimi insanlar hər il, bir neçə ildən bir mütəmadi olaraq koronavirusla rastlaşdıqca yoluxacaqlar və müxtəlif səbəblərdən asılı olaraq hansısa orta, yüngül, ağır dərəcəli COVİD-19 xəstəliyi inkişaf edə bilər".

1 Sayli Kliniki Tibbi Mərkəzin terapevti, Tibb elmləri namizədi Eldar Kamranov isə təkrar yoluxmanın digər infeksiyalar kimi gözlənildiyini deyib: