Tıxacda yük maşınlarının arasında qalmanın təhlükəsini


Digərləri 01 Sen 2020 15:05:00 238 0

Tıxacda yük maşınlarının arasında qalmanın təhlükəsini

"Dekra" şirkəti tıxac zamanı minik avtomobilinin iki yük maşınının arasında qalmanın necə təhlükəli olması ilə bağlı "Qəza test"i keçirib.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, sınağın görüntüləri şirkətin test mərkəzində qeydə alınıb.

Kadrlarda minik avtomobilinin yük maşınlarından birinin arxasında dayandığı, digər TIR-ın isə 80 km/s-la hərəkət etdiyi və qarşısındakı nəqliyyat vasitəsini gördükdə əyləcə sıxaraq bu sürəti 43 km/saata saldığı görülür.

Bu zaman zərbənin təsirindən minik avtomobili önündə dayanan yük maşının altına girir. Bununla da, belə vəziyyətin necə təhlükəli olduğu gözlər önünə sərilir.