Səmra tətilə məşqçi sevgilisi ilə gedibmiş


Şou-biznes 01 Sen 2020 14:54:00 272 0

Səmra tətilə məşqçi sevgilisi ilə gedibmiş

"Eurovision" təmsilçimiz Səmra Rəhimli Türkiyədə istirahət edir.

Son.az bildirir ki, mediapost-un əldə etdiyi məlumata görə, ifaçı tətilə tək getməyib. Onun yanında sevgilisi, fitness-model və məşqçi Fövqi Əfəndi də var. Cütlüyün istirahət etdiyi hotel bölgənin tanınmış məkanlarından sayılır. Səmrayla Fövqi ayrı-ayrı yerlərdən şəkillər paylaşaraq diqqəti yayındırmaq istəsə də, onları eyni yaxtada çəkdirdiyi fotolar ələ verib.

Cütlüyün digər paylaşımlarından ayrı-ayrı vaxtlarda da birlikdə istirahət etdiyi məlum olub.

Qeyd edək ki, Səmrayla Fövqinin sevgili olduqları barədə xəbər ilk dəfə 2017-ci ilin avqustunda çıxıb. Müğənni isə yayılan iddiaların əsassız olduğunu söyləyib.