Günün qoroskopu: Şübhələrinizdə yanılmadığınıza əmin olun


Digərləri 06 Avq 2020 00:01:00 64 0

Günün qoroskopu: Şübhələrinizdə yanılmadığınıza əmin olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Bu xəbəri də oxu: Bakıda güclü yanğın FOTO

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - yaxın ətrafınızdakı insanlarla dil tapmaq üçün bu gün çalışmalı, səy göstərməli olacaqsınız. Sizi düzgün anlamır, layiq olduğundan az dəyər verir, hətta arabir inanmırlar da. Yaxınlarınız və dostlarınız sizə ifrat tələbkar insanlar təsiri bağışlayır. Onların sizdən nə gözlədiklərini anlaya bilməycəksiniz.

İş yerində, təhsil müəssisəsində və evdəki mübahisələr sizə yaxşı təsir etməyəcək, əhvalınızı korlayacaq.

Buğa - şəxsi həyatınızdakı problemləri həll etməmiş yeni məqsədlərə can atmayın. Cəhdlərinizin effektivlik səviyyəsi aşağıdır. Peşəkar fəaliyyət müstəvisində işləri təftiş edin, vəziyyəti dəyərləndirin. Yolda ləngimələr və təxirəsalmalar yarana bilər.

Günün ikinci yarısı problemlərin həlli üçün əlverişli deyil. Səhiyyə, təhsil, daşınmaz əmlak sahələrində ləübəli zamandır.

Qarışıq situasiyada tələsik qərar verməyin. Müdrik olun.

Əkizlər - hadisələrin ritmini siz diqtə etmirsiniz. Çalışdığınız təşkilatda qaydaları pozmayın. Əməkdaşlıq etdiyiniz şəxslə təmaslarda diqqətli olun. Müzakirələr, yeni tərəfdaşlığın nəzərdən keçirilməsi üçün münasib zamandır.

Günün ikinci yarısında sualınıza cavab almağınız bir qədər ləngiyəcək. Kömhövsələlik etməyin, səbrli davranın. Mübahisəli məqamlarda soyuqqanlı olun. Daimi tərəfdaşlardan biri sizdə şübhələr yarada bilər. Nəticələrlə və mülahizələrlə tələsməyin.

Müşküllərin əksəriyyəti müvəqqətidir.

Xərçəng - bu gün önəmli irəliləyiş və ya ciddi uğur olmasa da, sizin üçün əlverişli keçəcək. Əhvalınız yaxşı olacaq, enerji və nikbinlik çatışmazlığından şikayətlənməyəcəksiniz.

Yeni, hətta çətin problemləri həll edə bilərisiniz.

Əks cinsin mənsubları sizinlə maraqlanacaqlar.

Günün ikinci yarısında mühüm müzakirə, danışıqlar və ya tapşırıqlar ola bilər. Çoxdankı dostunuzdan maraqlı təklif ala bilərsiniz.

Münasibətlərinizin sərin olduğu insanla tərəfdaşlığın bərpası üçün əlverişli gündür.

Şir - günün ilk yarısından etibarən dürüst taktika seçin. Olayları tələsdirməyin, hadisələrə süni təkan verməyin. Realist olsanız, şəraitdən maksimum dərəcədə yararlana bilərsiniz. İdealist olmayın, bəzi illüziyalar və xəyallarla vidalaşın.

Günün ikinci yarısında təfərrüatlarına yaxşı bələd olmadığınız sifarişi qəbul etməyin. Vəziyyətə ən müxtəlif amillər təsir edir. Sizi tərk etmək istəyəni saxlamayın, gözə dəyməyini aramayın. Belə insanlardan uzaq olsanız, yaxşıdır.

Axşam saatlarını sevdiyiniz insanla keçirməyə can atın.

Qız - bədbinliyə qapılmayın, fəal olun. Tənhalığa can atmayın. Səhhətinizlə problemlər yaratmayın. Tonusunuzun qeydinə qalın.

Ailə üzvlərinin problemlərini qulaqardına vurmayın. Dəyər verdiyiniz insanları diqqətlə dinləyin. Yeni fəaliyyət sahəsinin özülünü möhkəmləndirin. Əks təqdirdə illüziyalar aləminə qapılaraq ciddi səhvlərə yol verə bilərsiniz.

Günün ikinci yarısında yaşam arealındakı maneələrdən yan keçərək məqsədə doğru irəliləyin. Tapşırılan işə peşəkar yanaşın. Daşınmaz əmlak, biznes, karyera ilə bağlı təşəbbüslər üçün əlverişli zaman deyil.

Tərəzi - günün ilk yarısında dəqiq hesablarınıza rəğmən işlərdə müəyyən axsamalar və problemlər yarana bilər. Olayların zahiri görüntülərinə aldanmayın, izharların əsiri olmayın. Görüşlərin təxirə salınması, gecikmələr, təxirəsalmalar istisna deyil.

Günün ikinci yarısında problemlərin sistem formasını almasına imkan verməyin. Yolda qəfil maneələr olacaq. Səbrli olun, yaxın ətrafınızdakı insanların da maraqlarını nəzərə alın.

"Peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır"  Tanınmış professor like
  • 05 Avq 23:57  
Dünya "Peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır" Tanınmış professor

Rusiya Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş mütəxəssis

arrow Ətraflı
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 206 mindən çox artıb like
  • 05 Avq 23:52  
Dünya ÜST: Dünyada koronavirusa yoluxanların sayı 206 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 206 mindən çox a

arrow Ətraflı
Dördüncü arvad olmamaq üçün ölkədən qaçdı  FOTO like
  • 05 Avq 23:42  
Digərləri Dördüncü arvad olmamaq üçün ölkədən qaçdı FOTO

Qeyri-adi bir həyat hekayəsi olan 19 yaşlı Mehdiyə Kərimi yanvar ayında B

arrow Ətraflı
Madriddə Bonapartın gizli tunelini ziyarətçilərə açmaq niyyətindədirlər like
  • 05 Avq 23:28  
Digərləri Madriddə Bonapartın gizli tunelini ziyarətçilərə açmaq niyyətindədirlər

Madrid meri Xose Luis Martines-Almeyda Bonapart tunelinin bərpası və açılı

arrow Ətraflı
Gənc heykəltəraşdan şəhidlərimizin xatirəsinə böyük ehtiram  VİDEO  FOTO like
  • 05 Avq 23:11  
Digərləri Gənc heykəltəraşdan şəhidlərimizin xatirəsinə böyük ehtiram VİDEO FOTO

Beyləqandan olan gənc heykəltəraş Təbriz Soltanlı şəhid polkovnik İlqa

arrow Ətraflı
Milli Məclisin qarşısında törədilən təxribatla bağlı cinayət işi davam edir  VİDEO like
  • 05 Avq 22:53  
Digərləri Milli Məclisin qarşısında törədilən təxribatla bağlı cinayət işi davam edir VİDEO

Milli Məclisin qarşısında törədilən təxribatla bağlı başlanmış cina

arrow Ətraflı