"Vaksinlərin yaradılmasına milyardlar xərclənir"


Dünya 05 Avq 2020 23:47:00 138 0

"Vaksinlərin yaradılmasına milyardlar xərclənir"

Rusiya COVID-19-a qarşı dərman və peyvənd yarışında liderliyi ələ alır. Rusiya Səhiyyə naziri Mixail Muraşkonun sözlərinə görə, Rusiyada 17 peyvəndlə bağlı elmi araşdırmalar aparılır. Bu yaxınlarda məlum oldu ki, Rusiya Elmlər Akademiyasının Sibir filialının Molekulyar və Hüceyrə Biologiyası İnstitutunun İmmunogenetik laboratoriyasının işçiləri Rusiya Federasiyasında ilk dəfə olaraq koronavirusu zərərsizləşdirə bilən antikor əldə edə bilib.

Rusiya Elmlər Akademiyasının Sibir filialında yeni infeksiyanın aradan qaldırılması üzrə işçi qrupunun icraçı katibi Olqa Doroxovanın sözlərinə görə, antikorlar əldə etmək üçün elm adamları artıq koronavirus keçirmiş xəstələrin qan nümunələrindən istifadə edib. Bu antikorlar virusun hədəf hüceyrələrə daxil olmasının qarşısını almağa qadirdir. Tədqiqatın sonrakı nəticələrində terapiyanın inkişafı və infeksiyanın qarşısının alınmasında nə qədər təsirli olacağı müəyyənləşdiriləcək.

Seçenov Universiteti də dünyanın ilk COVID-19 əleyhinə peyvəndinin könüllülər üzərində birinci mərhələsinin uğurla başa çatdığı deyir. Universitetin Tibb və Biotexnologiya İnstitutunun direktoru Vadim Tarasov bildirib ki, sınaqlarda iştitak edən könüllülər ümumilikdə özlərini yaxşı hiss edir.

Rusiya Milli Elmi Tədqiqat Epidemiologiya ilə N.F. Qameleya adına Mikrobiologiya Mərkəzi birlikdə klinik sınaqların son mərhələsinə başladıqlarını, eləcə də koronavirusa qarşı peyvənd vurulan könüllülərin immunitet inkişaf etdirdiklərini elan edib.

Digər ölkələr də boş oturmur. İyulun 15-də "New England Journal of Medicine" tibb jurnalı Amerikanın biotexnika şirkəti "Moderna"nın COVID-19 koronavirus peyvəndinin klinik sınaqlarının birinci mərhələsini başa vurduğunu yaymışdı. 18 yaşdan 55 yaşa qədər 45 sağlam insan iştirak etdiyi sınaqlarda yorğunluq, titrəmələr, baş ağrısı və inyeksiya yerində ağrılar peyvəndin əsas əks təsirlərini kimi qeydə alınıb. Əks təsirlərin əksəriyyəti ikinci peyvənddən sonra müşahidə edilib. Hər halda alimlərin fikrincə, sonrakı sınaqlara mane olan amillər yoxdur. Odur ki, ABŞ alimlərinin də bu məsələdə dayanmaq niyyətləri olmadığını əminliklə deyə bilərik.

Koronavirusa qarşı ilk Çin peyvəndinin effektivliyi də sübut olunub. Mayın 22-də Amerikanı "The Lancet" jurnalında çıxan məqalədə qeyd edilib ki, peyvənd Pekin Biotexnologiya İnstitutu və CanSino Biologiya İnstitutu (Tianjin) tərəfindən hazırlanıb. Mütəxəssislər peyvəndin çox perspektivli olduğunu düşünürlər.

Türkiyəli professor Ərcümənt Ovalı 2 milyon ədəd COVID-19 peyvəndi istehsal etdiklərini və oktyabrın sonunda kliniki testlərə başlayacaqlarını açıqlayıb. İHA-ya açıqlama verən professor bildirib ki, gələn il fevralın sonunda peyvənd üzərində işlər yekunlaşacaq.

"Testlər davam edir. Türkiyədə reallaşdırılan heyvanlar üzərindəki testlər uğurla tamamlanıb. Son mərhələ testlər üçün ABŞ-dan 22 iyunda sınaq heyvanları gələcəkdi, amma gecikmə yaşandı. Onlar 10 avqustda gələcək. Koronavirusa ilk yoluxan geni dəyişdirilmiş siçanlar göndəriləcək. 1 ay üzərlərində sınaq aparacağıq. Kliniki sınaqlar isə oktyabrda başlayacaq", - Ə.Ovalı vurğulayıb.

Dünyanın qlobal bəlasına çevrilən yeni növ koronavirusa qarşı peyvəndlərin tapılmasında İngiltərə, Fransa, Türkiyə, Almaniya və İsrail alimləri də öz axtarış və elmi araşdırmalarını aparmağa davam edir. Ümumilikdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada 141 koronavirus peyvəndi hazırlanır.

Bir tərəfdən təsirli peyvənd lazımlı görünür. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesusun sözlərinə görə, peyvənd tapılmazsa, COVID-19 koronavirusunun yayılmasını dayandırmaq mümkün deyil. Koronavirusa qalib gələn ölkələrdə vəziyyətin yenidən pisləşməsi bunu bir daha sübut edir. İsrail yenidən fövqəladə vəziyyət elan etmiş, Cənubi Koreyada aprel göstəriciləri müşahidə olunmağa başlamış, Serbiya isə təcili rejim tətbiq etmək məcburiyyətində qalmışdı. Hindistan və ABŞ isə rekord yoluxma sayına görə siyahıda ilk yerləri tutmağa davam edir.

Lakin digər tərəfdən istisna olunmur ki, peyvəndlər tam hazır olduqdan sonra əhalinin çox az hissəsi onu vurdurmağa risk edəcək. Buna misal olaraq 2009-cu ildə "donuz qripi" olaraq bilinən H1N1 qripinə qarşı hazırlanmış, lakin əhalinin böyük hissəsinin onu vurdurmaqdan imtina etməsini misal çəkmək olar. Alman hakimiyyəti tərəfindən 50 milyona qədər insanın iştirak edəcəyi güman edilən böyük miqdarda peyvənd alınsa da, proqnozlar özünü doğrultmadı. 7,4 milyon doza peyvəndindən 6,4 milyonu istifadə edilməmiş qaldı.

Şeçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Hematologiya və Geriatriya şöbəsinin müdiri, professor Pavel Vorobyovsa hesab edir ki, peyvəndlərin hazırlanması pul itkisindən savayı heç nədir. Professorun sözlərinə görə, dünyada qrip kimi respirator virus infeksiyalarına qarşı effektiv peyvəndlər yoxdur.

Son.az tanınmış professorun Rusiya mətbuatında çıxan sensasion müsahibəsini təqdim edir.

- İndiki qlobal peyvənd yarışının sonu necə olacaq. Rusiya bundan faydalanacaqmı?