Virusun ikinci dalğası nə zaman gəlir?


Dünya 05 Avq 2020 23:32:00 201 0

Virusun ikinci dalğası nə zaman gəlir?

Koronavirusun ikinci dalğasının bu ilin sentyabr-oktyabr aylarında baş verməsi gözlənilir. Yeni başlanğıcın əsas səbəbi kimi kurort bölgələrinə üz tutan turistlərin COVID-19-a yoluxması iddia edilir.

Son.az xəbər verir ki, virusoloq, tibb elmləri doktoru, professor Anatoli Altşteyn insanın virusa harada yoluxmasının fərqi olmadığını deyib.

"İndi virus hər yerdə var. Nisbətən danışsaq, elə də böyük fərq yoxdur: Kurortlara üz tutmaq və ya evdə qalmağın fərqi yoxdur, virusla hər yerdə qarşılaşmaq ehtimalı eyni dərəcədədir. Lakin payızda Sars-CoV-2-nin ikinci dalğası, ehtimal ki, hələ də qalacaq", - ekspert açıqlamasında qeyd edib. (publika.az)