Uşaqların baxdığı erotik cizgi filmləri... Psixoloqdan valideynlərə çağırış


Digərləri 05 Avq 2020 23:19:00 58 0

Uşaqların baxdığı erotik cizgi filmləri...  Psixoloqdan valideynlərə çağırış

Son zamanlar bir çox əcnəbi uşaq kanallarında gündüz saatlarında erotik xarakterli cizgi filmlərinin verilməsi valideynlərin narahatlığına səbəb olub. Bu məsələ daha çox sosial şəbəkələrdə müzakirə edilib. Bir-birini daha diqqətli olmağa çağıran valideynlər belə filmlərin uşaqların psixologiyasına ağır zərbə vuracağından narahat olurlar.

Mütəxəssislərin fikrincə, uşaqların yaşlarına uyğun olmayan filmlər, səhnələr, şəkillər görməsi onların gələcək həyatı üçün ağır zərbə ola bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, cinsi həyat, hamiləlik, seks kimi mövzuların təlqin edildiyi cizgi filmləri uşaqların psixologiyasına ağır zərbə vurur:

"Bu mövzular izah edilməsə belə, cizgi filmlərində söyüş söyülməsi, təhqirlərin istifadə edilməsi uşaqlarda davranış pozuntusuna səbəb ola bilər. Uşaqlar belə mövzuları 12-13 yaşından sonra addım-addım öyrənməlidir. Amma bəzi valideynlərin uşaqlarını sakitləşdirmək üçün televizorda uşaq kanalını açıb uşağı oturdur qarşısında. Özü isə ara-sıra uşağına baş çəkir ki, yaxşıdırmı. Uşağın nə izlədiyinə isə fikir vermir. Belə cizgi filmlərinə baxan uşaqlar böyüyəndə cəmiyyət üçün potensial pedofil, zoofil və ya cinayətkar olurlar".

Müsahibimiz bildirir ki, uşaqlar gördükləri mövzuları öyrənənə qədər, oyun kimi öz aralarında oynayırlar. Bu da uşaqların sağlam mühitdə olmaması deməkdir. Yəni, hansısa uşağın valideyni ona nəzarət etmirsə, məktəbdə, bağçada digər uşaqların da tərbiyəsi, əxlaqı, həyatı təhlükədə olur: "Bəzən valideynlər sevinə-sevinə deyir ki, "oğlum qız sevir", "oğlum qızı öpdü" və s. Bu ifadələr uşağın düzgün tərbiyə edilməməsinin, daha doğrusu nə izlədiyinə diqqət yetirməməsinin nəticəsidir".

Psixoloq bildirir ki, daha çox 6 yaşına qədər uşaqların davranışlarına, televizorda nə izlədiyinə diqqət yetirmək lazımdır. Çünki bu yaşa qədər olan dövr uşağın mənimsəmə dövrüdür. Həmin dövrdə uşaq nəyi görürsə mənimsəyir və təqlid edir: "Bəzən valideynlər azyaşlı oğlan uşaqlarına küçə söyüşləri öyrədir və bununla qürur duyurlar. Bunun qısa adı tərbiyəsizlikdir. Bu gün elə ifadələr öyrənən uşaq bağçada, məktəbdə yoldaşlarına, müəllimlərinə də eyni ifadələrlə müraciət edəcək, söyəcək. Uşaq ailənin güzgüsü olduğu üçün uşağınızın davranışı sizin tərbiyənizdən xəbər verir".

Ekspert məsləhət görür ki, 8 yaşına kimi uşaqlara gündə 3 dəfə 30 dəqiqə cizgi filmi izləməyə icazə verilməlidir. Uşaqlarla vaxtaşırı izlədikləri cizgi filmləri haqqında fikir mübadiləsi aparılmalı, gördükləri mövzularla bağlı fikirləri öyrənilməli, onlara bu məsələlər daha xırdalığı izah edilməli və ehtiyac olduğu zaman mütəxəssisə müraciət olunmalıdır. Belə ki:

6 yaşına kimi uşaqlar nəzarətsiz buraxılmamalıdır. Onların cizgi filmi izləməsi nəzarətdə saxlanılmalıdır.

8 yaşına kimi uşaqlara gündə 3 dəfədən artıq film izləməyə icazə verilməməlidir.

Uşaqlar cizgi filmi izləyən zaman valideyn çalışmalıdır ki, filmi onunla birlikdə izləsin və izah etsin.

Söyüş, təhqiredici ifadələr, cinsi həyat, seks, hamiləlik və s. bu kimi ifadələrdən istifadə edilən cizgi filmləri izlənilməməlidir.

Uşağınızda yaşına uyğun olmayan davranışlar müşahidə etdiyiniz zaman mütəxəssisə müraciət etməyiniz vacibdir.

Gənc heykəltəraşdan şəhidlərimizin xatirəsinə böyük ehtiram  VİDEO  FOTO like
  • 05 Avq 23:11  
Digərləri Gənc heykəltəraşdan şəhidlərimizin xatirəsinə böyük ehtiram VİDEO FOTO

Beyləqandan olan gənc heykəltəraş Təbriz Soltanlı şəhid polkovnik İlqa

arrow Ətraflı
Milli Məclisin qarşısında törədilən təxribatla bağlı cinayət işi davam edir  VİDEO like
  • 05 Avq 22:53  
Digərləri Milli Məclisin qarşısında törədilən təxribatla bağlı cinayət işi davam edir VİDEO

Milli Məclisin qarşısında törədilən təxribatla bağlı başlanmış cina

arrow Ətraflı
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb like
  • 05 Avq 22:43  
Digərləri Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 29

arrow Ətraflı
Beyrut limanında baş verən partlayış taxıl ehtiyatının 85 faizini məhv edib like
  • 05 Avq 22:35  
Dünya Beyrut limanında baş verən partlayış taxıl ehtiyatının 85 faizini məhv edib

Beyrut limanında baş verən partlayış buğda dolu anbarları dağıdaraq Liv

arrow Ətraflı
Türkiyədə koronavirusdan sağalanların sayı 219 min nəfəri ötüb like
  • 05 Avq 22:28  
Dünya Türkiyədə koronavirusdan sağalanların sayı 219 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COV

arrow Ətraflı
Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib like
  • 05 Avq 22:24  
Dünya Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib

ABŞ Prezidenti Donald Trampın seçki qərargahı noyabr ayında keçiriləcək

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş bahalaşıb like
  • 05 Avq 22:20  
Digərləri Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

arrow Ətraflı
Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlandı like
  • 05 Avq 22:16  
Digərləri Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlandı

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejimi qayda və tələblərinin p

arrow Ətraflı
Ermənistanda Rusiya telekanallarının yayımı qadağan edilib like
  • 05 Avq 22:08  
Dünya Ermənistanda Rusiya telekanallarının yayımı qadağan edilib

Ermənistan prezidenti Armen Sarkisyan "Audiovizual media" haqqında q

arrow Ətraflı
Mingəçevir su anbarında daşlaşmış ağac parçası tapılıb like
  • 05 Avq 22:05  
Digərləri Mingəçevir su anbarında daşlaşmış ağac parçası tapılıb

Mingəçevir su anbarında daşlaşmış ağac parçası tapılıb.

arrow Ətraflı