Mingəçevir su anbarında daşlaşmış ağac parçası tapılıb
Digərləri 05 Avq 2020 22:05:00 181 0
Mingəçevir su anbarında daşlaşmış ağac parçası tapılıb.
Son.az APA-ya istinadən xəbər verir ki, daşlaşmış ağac parçası anbarda suyun enməsi nəticəsində üzə çıxıb. Balıqçılar tərəfindən aşkarlanan eksponat heykəltəraş Böyükkişi Adilbəyliyə təqdim edilib.
Böyükkişi Adilbəyli APA-nın yerli bürosuna bildirib ki, ağacın dəqiq yaşını dəqiqləşdirmək üçün mütəxəssislərə müraciət etmək niyyətindədir.
O qeyd edib ki, əvvəllər də Mingəçevir su anbarından suyun çəkilməsi nəticəsində qədim heyvan qalıqları da tapılıb.
Mənbə: milli.az