Şotlandiyanın iri şəhərində yenidən sərt karantin rejimi tətbiq edilib
Dünya 05 Avq 2020 21:42:00 163 0
Şotlandiyanın Aberdin şəhərində və ətraf ərazilərdə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar təkrar sərt karantin rejimi elan edilib.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu qərarı Şotlandiyanın Birinci naziri Nikola Stercen açıqlayıb.
Yeni qərara əsasən, Aberdin sakinləri evdən yalnız 5 mil məsafədə asudə vaxt keçirmək üçün uzaqlaşa bilərlər.
Digər şəhər sakinlərinə Aberdinə gəlməmək, yerli sakinlərə isə bir-birilərinin evlərinə getməmək tövsiyə edilib.
Mənbə: milli.az