“Porsche” 400dən çox avtomobili geri çağırır


Dünya 05 Avq 2020 21:34:00 138 0

“Porsche” 400dən çox avtomobili geri çağırır

"Porsche" şirkətinin Rusiyadakı nümayəndəliyi ölkədə 445 avtomobili geri çağırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, qərar avtomobillərdə yanacaq ötürücüsünün birləşməsində komponentlərin kifayət qədər dayanıqlılığının olmaması ilə əlaqədardır.

Qeyd olunur ki, bu qüsurla bağlı yanacaq sızması və yanğın baş verə bilər. Yüksək temperaturda yanacaq qoxusu salona yayıla bilər.

Geri çağırılma 21 fevral 2018-ci ildən 3 dekabr 2019-cu ilədək istehsal olunmuş "Cayenne Turbo (9YA)" və "Cayenne Turbo S E-Hybrid (9YA)" modelləşrinə şamil edilir.