Almaniyanın federal əyalətləri arasında COVID19 statistikasında Gessen "liderdir"
Dünya 05 Avq 2020 21:38:00 142 0
Almaniyada sutka ərzində koronavirusa bütün yeni yoluxmaların üçdəbirindən çoxu Gessen federal əyalətində aşkarlanıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, təkcə ötən 24 saat ərzində burada 88 pasiyentin koronavirus testi müsbət nəticə göstərib. Bu, əyalətin Sosial Məsələlər Nazirliyinin məlumatıdır. Son günlər ərzində bütün Almaniya üzrə 240 yeni yoluxma faktı qeydə alınıb.
Pandemiya başlanandan Gessendə 12 mindən çox adam koronavirusa yoluxub. 500-dən çox sakin isə bu xəstəlik səbəbindən ölüb.
Mənbə: milli.az