Son gündə Qırğızıstanda koronavirusdan 11 nəfər ölüb
Dünya 05 Avq 2020 20:10:00 118 0
Son gündə Qırğızıstanda COVID-19 koronavirusuna 569 nəfər yoluxub, Bişkekdə 190 xəstə qeydə alınıb. Ölkədə yoluxanların sayı 38 min 110 nəfərə çatıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Qırğızıstan Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Aynura Akmatova Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, son sutkada virusdan 11, ümumiyyətlə pandemiya dövründə isə 1438 xəstə vəfat edib.
Son sutkada virusa 20, ümumiyyətlə isə 2 min 874 tibb işçisi yoluxub.
Xəstəxanalarda 7 min 170 pasiyentin olduğu bildirilir.
Mənbə: milli.az