Azərbaycanda sel gəldi:


Digərləri 05 Avq 2020 20:20:00 197 0

Azərbaycanda sel gəldi:

Bir neçə gün öncə yağan güclü yağış nəticəsində yaranan sel suları Şamaxı rayonu Quşçu kəndi ərazisində antik dövrə aid nekropolun aşkar olunmasına səbəb olub. 

Bu barədə Son.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.

Onun sözlərinə görə, sel suları kənd sakini Namiq Mustafayevə məxsus həyətyanı sahədə qədim qəbirlərin üzərini açıb:

"Kənd sakini bu barədə bildirib. Bununla əlaqədar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji Ekspedisiyasının rəisi Akif Quliyev və rayon üzrə abidə mühafizəçisi Yasin Nuriyev əraziyə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, sel suları nəticəsində vətəndaşa məxsus həyətyanı sahənin yamac hissəsində doqquz qəbir üzə çıxıb.

Torpaq qəbirlərin üzəri iri sal daşlarla bağlanıbmış. Qəbirlər torpaq səthindən 1,5-1,8 metr dərinlikdə yerləşir".

F.Hüseynli qeyd edib ki, ərazidə aparılan araşdırmalar nəticəsində 10 ədəd müxtəlif ölçülü və biçimli saxsı məmulatlar, saxsıdan olan fiqurlar - bütlər, qrifon, heyvan fiqurları (at, qoç), metal pullar aşkar olunub: