Banqladeşdə sərnişin qayığı batıb


Dünya 05 Avq 2020 19:58:00 164 0

Banqladeşdə sərnişin qayığı batıb

Banqladeşin şimal-şərqində sərnişin qayığının batması nəticəsində 17 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəzaya uğrayan gəmidə 48 nəfər olub. Onlardan 30 nəfər xilas edilib. Daha 1 nəfər itkin düşmüş hesab olunur.

Hadisə yerində xilasedicilər işləyir. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.