Livanda partlayış nəticəsində Niderland səfirinin həyat yoldaşı ağır yaralanıb


Dünya 05 Avq 2020 18:22:00 139 0

Livanda partlayış nəticəsində Niderland səfirinin həyat yoldaşı ağır yaralanıb

Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayış nəticəsində Niderland səfirinin həyat yoldaşı ağır xəsarətlər alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Niderlandın Xarici İşlər Nazirliyi bildirib.

Onunla yanaşı, səfirliyin daha 4 əməkdaşı yaralanıb. Səfirliyin binasına ciddi ziyan dəyib.

Hazırda xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə digər məlumatlar verilməyib.

Qeyd edək ki, ötən gün Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 100-dən çox şəxs həlak olub, 4 min nəfər isə xəsarət alıb.

Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.