ABŞda son sutkada 57 mindən çox yoluxma qeydə alınıb


Dünya 05 Avq 2020 19:28:00 135 0

ABŞda son sutkada 57 mindən çox yoluxma qeydə alınıb

ABŞ-da son sutka ərzində 57,5 min nəfər koronavirusa yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, daha 1 399 nəfər virusun qurbanı olub.

Əvvəlki gün ölkədə 45,3 min nəfər virusa yoluxmuşdu.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm sayında liderliyini davam etdirir. Bu günədək ölkədə 4,7 milyondan çox yoluxma qeydə alınıb. Onlardan 1,5 milyon nəfərdən çoxu sağalıb, 156 839 nəfər isə həyatını itirib.