Emmanuel Makron Livana səfər edəcək


Dünya 05 Avq 2020 18:46:00 165 0

Emmanuel Makron Livana səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron avqustun 6-da Livana səfər edəcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa Prezident Administrasiyası məlumat yayıb.

Prezident Makronun səfərinin Beyrutda baş verən partlayışdan sonra Livana dəstək məqsədli olduğu bildirilir.

Xatırladaq ki, dünən Livanın paytaxtı Beyrutda limanında baş vermiş güclü partlayış nəticəsində 100dən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.