Prezident İlham Əliyev Livanın dövlət başçısına başsağlığı verib


Siyasət 05 Avq 2020 15:51:00 168 0

Prezident İlham Əliyev Livanın dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Aunaya başsağlığı məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi.

Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir.

Sizə, həlak olanların ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm".