"Baldızım məni dar geyinməyə qoymurdu" Roza Zərgərli


Şou-biznes 05 Avq 2020 13:15:00 196 0

"Baldızım məni dar geyinməyə qoymurdu"  Roza Zərgərli

Müğənni Roza Zərgərli ARB TV-də yayımlanan "Söhbət var" verilişində qonaq olub.

Son.az big.az-a istinadən bildirir ki, veriliş zamanı müğənni bir sıra açıqlamaları ilə gündəmə gəlib. Belə ki, sənətçi əvvəlcə onu qeyd edib ki, oğluna sentyabr ayında nişan edəcək. Daha sonra isə baldızı ilə münasibətlərindən danışıb:

"Yekə-yekə danışmağıma baxmayın, olub ki, baldızım məni dar geyinməyə qoymayıb mən də geyinməmişəm. Hər bir baldız hansısa evin bir qızıdır. İnşallah, sentyabrda oğlumu nişanlayıram. Gəlinimlə artıq mən rəfiqəyəm. Mənə ana deyir, oğlum qalıb qıraqda. Qızım deyir, ana, oğlun fikrin dəyişsə, sən bu qızı neyniyəcəksən?! Hər bir qadın pis qayınana, pis baldız görübsə, o, yaxşı olmalıdır. Yaxşı ola-ola getsə, vallah, pislər qalmaz. Bir də alma ağacını sevməlisən, çünki onun almasını yeyirsən".