Nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı


Kriminal 05 Avq 2020 12:31:00 156 0

Nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı

Azərbaycanda nişanlısına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Bakı sakini Elşad Rəhimovun cinayət işinə Ali Məhkəmədə yekun vurulub.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Elşad Rəhimov 15 oktyabr 2015-ci il tarixində 1999-cu il təvəllüdlü Məlahət Səlimova (ad və soyad şərti verilib - red.) ilə el adəti üzrə nişanlanıb.

Elşad 26 yanvar 2016-cı il tarixdə paltar almaq məqsədi ilə onu yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki evinə aparıb. Həmin mənzildə yanvarın 30-da nişanlısının razılığı ilə onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub. Daha sonra həmin vaxtdan 2017-ci ilin mart ayınadək hər ay Məlahət Səlimovanın yaşadığı Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsindəki evə gəlib. O, evin yataq otağında Məlahət Səlimovanı dəfələrlə qeyri-təbii yolla cinsi əlaqəyə məcbur edib, istəyinə nail olub.

"Evlənməyimizə qərar verdilər"

İstintaq orqanı tərəfindən Elşad Rəhimova Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. Elşad Rəhimovun cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib, hakim Oruc Cəlilovun icraatına verilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşad Rəhimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, "Baku Steel Company" şirkətində fəhlə işləyib: "Məlahəti 2015-ci ilin oktyabrından tanıyıram, xalam Mətanətgilin qonşuluğunda yaşayır. 2015-ci ilin oktyabrında valideynlərim məni evləndirmək istədilər. Həmin ilin sentyabrında xalam qızının toy mərasimində Məlahəti valideynlərimə göstərdim, həmin qızı mənə almalarını istədim. Valideynlərim də Məlahəti gördü, xoşlarına gəldi və mənim onunla evlənməyimə qərar verdilər".

"Dini nikah kəsdirdik"

Elşad Rəhimovun sözlərinə görə, 2015-ci ilin oktyabrında valideynləri və qohumları Məlahətgilə elçiliyə gedib:

"Məlahətin valideynləri qızlarının mənimlə evlənməsinə razılıq verdilər. Həmin vaxt valideynlərim Məlahətə "Samsung" markalı mobil telefonu hədiyyə aldılar. 2015-ci ilin dekabrın 17-də Məlahətlə nişan mərasimi oldu.

Razılaşmaya görə, toyumuz 2016-cı ilin fevralın 29-a təyin edildi. Dekabrın 22-də anam, bacım və bacımın əri ilə Lənkəran şəhərinə getdik. Səhəri gün mənim ad günüm oldu. Həmin günü xalamın əri Vidadi mənim və Məlahətin şəxsiyyət vəsiqəsini aldı, bizim dini nikahlarımız rəsmiləşdirildi".

Elşad Rəhimov qeyd edib ki, dekabrın 23-də, səhər saatlarında nişanlısı Məlahəti təhsil aldığı Lənkəran musiqi kollecinə aparıb, saat 13 radələrində onu dərsdən götürüb və yaşadığı evinə gətirib: "Həmin günü Məlahətin valideynləri məni evlərinə qonaq çağırdılar. Axşam saatlarında anam, bacım və bacımın əri ilə birlikdə Məlahətgilə getdik. Orada Məlahətin atası Bəhməni ilk dəfə gördüm. O, ad günüm münasibəti ilə mənə qızıl qolbaq hədiyyə etdi".

"Dedikləri mənə qarşı böhtandır"

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün axşam saatlarında Məlahətin qonşuluğunda yaşayan xalasının evinə gedib və gecəni orada qalıb: "Ertəsi gün Bakı şəhərinə qayıtdım. Lənkəranda olarkən Məlahətlə qeyri-təbii yolla cinsi əlaqədə olmamışam, bu barədə onun dedikləri mənə qarşı böhtandır. Lənkərandan Bakıya qayıtdıqdan sonrakı günlərlə Məlahətlə mobil telefonla biri-birimizə zəng vurmuşuq, əlaqə saxlamışıq. Həmçinin vatsapda yazışmışıq".

"Mənim evimdə qaldı"

Elşad Rəhimov bildirib ki, 2016-cı ilin yanvarın əvvəllərində anası Fərqanə Məlahətə zəng vurub və nişan mərasimi üçün paltar almaq məqsədilə Bakı şəhərinə gəlməsini istəyib: "Yanvarın 26-da Lənkəran şəhərinə getdim, Məlahətlə görüşdüm. Sonra birlikdə Bakı şəhərinə gəldik. Bizi bacımın əri Anar və bacım Rəqsanə qarşıladı. Onlar Məlahəti evlərinə apardılar. Məlahət iki gün bacım Rəqsanənin evində qaldı. Sonradan Məlahət mənim Xırdalan şəhərində yerləşən evimdə qaldı. Yanvarın 30-da onun ad günü oldu, axşam saatlarında Məlahət Rəqsanənin evinə getdi. Valideynlərim Məlahətə nişan mərasimində geyinmək üçün paltar aldılar".

"Hədə-qorxu gəlməmişəm"

Təqsirləndirilən şəxs qeyd edib ki, 2016-cı ilin yanvarın 26-dan fevralın 8-dək Məlahət bacısı Rəqsanənin evində qalıb: "Fevralın axırında atamın əmisi vəfat etdiyi üçün Məlahətlə toy mərasimlərimiz təxirə salındı. Həmin vaxtdan sonrakı günlər Məlahətlə telefonla əlaqə saxladım. Həm də iki aydan bir və ya ayda bir dəfə Lənkərana getdim, Məlahətlə görüşdüm, söhbət etdikdən sonra Bakı şəhərinə qayıtdım.

11 mart 2017-ci il tarixdə Lənkəranda səhər saatlarında Məlahətin nişan, axşam saatlarında isə toy mərasimi keçirildi. Həmin günü valideynlərimlə xalam Aybənizin evində qaldıq, səhərisi günü Bakıya qayıtdıq. Bakı şəhərində yaşadığım evdə Məlahətlə nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmuşam, Məlahətə heç vaxt hədə-qorxu gəlməmişəm".

"18 yaşımın tamam olmasını gözlədilər"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Məlahət Səlimova bildirib ki, Elşad Rəhimovu və onun ailəsini 2015-ci ilin oktyabrın 15-dən tanıyır: "Həmin tarixdə Elşadla nişanlanmışam. Elşadın 25, mənim isə 16 yaşım vardı. Bu səbəbdən atam toya razılıq vermədi, 18 yaşımın tamam olmasını gözlədilər. Nişanlandıqdan sonra Elşad hər ay Lənkərana gəlib və mənimlə görüşüb. Adətən, gündüzlər Elşad bizim evimizdə olub".

"Səsini kəs, sən artıq kəbinli arvadımsan" Məlahət Səlimovanın sözlərinə görə, 2015-ci ilin dekabrın 22-də onlar dini kəbin kəsdiriblər: "Dekabrın 23-də səhər vaxtı Elşad məni təhsil aldığım kollecə dərsə apardı, saat 13 radələrində məni dərsdən götürərək evə qayıtdıq. Həmin gün valideynlərim yas mərasimində, bacılarım isə işdə olduğundan evdə mən və Elşaddan başqa heç kim yox idi. Bundan istifadə edən Elşad qolumdan tutaraq zorla yataq otağına apardı. Məni çarpayının üstünə yıxdı, şalvarımı çıxarmaq istədi. Mən buna imkan verməsəm də, Elşad zorla şalvarımı çıxardı, mənə "səsini kəs, sən artıq mənim kəbinli arvadımsan", - deyə bildirdi. Sonra zorla mənimlə cinsi əlaqədə oldu. Bu zaman ağrı hiss etdiyimdən Elşadı üstümdən itələdim. Birtəhər Elşadın altından çıxaraq anamın otağına qaçdım. Oradan paltar götürdüm və əynimə geyinəndə gördüm ki, geyimə qan ləkələri düşüb. Sonra Elşadın yanına gəldim. Ona "sən nə səbəbə belə etdin, biz ancaq toydan sonra görüşməli və əlaqədə olmalı idik, sən mənimlə zorla əlaqədə oldun, mən belə istəmirdim", - dedim. Elşad isə güldü və "sən mənim kəbinli arvadımsan, narahat olma, heç kimə də heç nə demə", - deyə qeyd etdi. Bu barədə heç kimə heç nə demədim".

"Heç kəsə heç nə demədim"