XİN: Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə məlumat yoxdur


Siyasət 05 Avq 2020 10:03:00 180 0

XİN: Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə məlumat yoxdur

Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansısa məlumat daxil olmayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Leyla Abdullayeva deyib.

Xatırladaq ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.