Masallıda təndirxana yanıb


Digərləri 05 Avq 2020 09:25:00 133 0

Masallıda təndirxana yanıb

Masallı rayonunun Birinci Yeddioymaq kəndində ümumi sahəsi 35 m² olan təndirxananın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, təndirxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.