"İlkinin oynadığı rollar təkrardır"


Şou-biznes 04 Avq 2020 19:36:00 181 0

"İlkinin oynadığı rollar təkrardır"

Aktyor Allahverdi Yolçuyev "7 Canlı" verilişində qonaq olub.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi ona göstərilən aktyorlarla bağlı fikir söyləyib.

İlkin Həsəni və Nicat Rəhimovun fotosunu görən Yolçuyev "Hər ikisinin gəlcəkdə yaşlı aktyorların yerini tutacaqlarına ümide dirəm. Buna patensialları var. İlkinin (aktyor İlkin Həsəni - red.) oynadığı rollar təkrardır. İstedadları yüksəkdir, istəsələr başqa cür oynaya bilərlər. Aktyorun böyüklüyü odur ki, bir rolu o birindən fərqlənsin" sözlərini söyləyib.

Xalq artistləri Bəsdi Cəfərova və Zemfira Nərimanbəyovanın illərdir küsülü olmasından söz açan aktyor onları barışdırmaq istədiyini söyləyib:

"İmkanım təmtəraqlı qoanqlığa çatmır, amma kiçik bir məclislə onları barışdıra bilərəm".