Zaurla Günay övladının ad gününü belə qeyd etdilər VİDEO


Şou-biznes 04 Avq 2020 19:00:00 199 0

Zaurla Günay övladının ad gününü belə qeyd etdilər  VİDEO

Aparıcı cütlük Zaur və Günay Baxşəliyevanın qızı Dilavərin ad günü olub.

Son.az axşam.az-a istinadən bildirir ki, onlar 7 yaşı tamam olan övladının özəl gününü evdə qeyd ediblər. Bunun üçün evlərini xüsusi bəzətdirən Zaur və Günay çəkilən videonu sosial şəbəkədə yayımlayıb.

"Allah bütün balaları xoşbəxt eləsin. Doğum günün mübarək qızım Dilavər. Yer üzündə heç bir övlad dərd görməsin. Allah hamınızın balasını sağlam, xoşbəxt eləsin" deyə, cütlük paylaşıma qeyd edib.

Qeyd edək ki, Günay ikinci dəfə ana olmağa hazırlaşır.