Elza Seyidcahan bayramda insanlara disk payladı FOTO


Şou-biznes 04 Avq 2020 15:09:00 180 0

Elza Seyidcahan bayramda insanlara disk payladı  FOTO

Əməkdar artist Elza Seyidcahan Qurban bayramı ərəfəsində maraqlı addım atıb.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni insanlara qurbanlıq ət paylayıb. Maraqlısı isə odur ki, ifaçı eyni zamanda hər kəsə kitab və öz mahnılarının yer aldığı disklər verib.

Seyidcahan bu addımını qəribə qarşılayanların az olmadığını etiraf edib:

"İnsanlar ancaq yeməyi düşünür. Biri mənə qayıtdı ki, nə edirəm kitabı? Kitab verməyi özümə borc bildim. Onsuz da ölkə başçısı insanların qayğısına yetəri qədər qalır. Son vaxtlar çoxları kitablardan uzaq düşüb. Qərar verdim ki, kitab qədər dəyərli hədiyyə yoxdur. İnsanlar bir az maariflənsin".