Evdən oğurluq edən qadın saxlanıldı


Kriminal 03 Avq 2020 16:00:00 159 0

Evdən oğurluq edən qadın saxlanıldı

Oğurluqda şübhəli bilinən Babək rayon sakini G.Abdullayeva saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul, qızıl-zinət əşyaları və sənədlər oğurlamaqda şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş G.Abdullayeva saxlanılıb.

Araşdırmalar zamanı onun Cinayət Məcəlləsinin 177 (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olması da müəyyən edilib.