Kanadada ermənilər soydaşlarımıza hücum etdilər:


Dünya 02 Avq 2020 13:21:00 199 0

Kanadada ermənilər soydaşlarımıza hücum etdilər:

Təcavüzkar ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir.

Son.az musavat.com-a istinadən bildirir ki, bu barədə Rəna Müslümova adlı sosial şəbəkə istifadəçisi məlumat paylaşıb.

Belə ki, Kanadanın Toronto şəhərinin "North York" bölgəsində 7-8 erməni 2 həmvətənimizə hücum edərək onlara soyuq silahlarla xəsarət yetirib, avtomobillərini yararsız hala salıb.

Hadisə şahidlərinin sözlərinə görə, ermənilərin əllərində silah, kəsici alət və dəyənək olub.

Hadisə ilə əlaqədar Toronto polisi əraziyə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.