"Hyundai" mağazaya çırpıldı, sürücü yaralandı


Digərləri 02 Avq 2020 12:09:00 180 0

"Hyundai" mağazaya çırpıldı, sürücü yaralandı

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı minik maşını idarə etməni itirib. Nəticədə avtomobil mağazaya çırpılıb.

Sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.