"ABŞ özü daxildə ictimai asayişi qorumaq üçün bu cür addımlara yol verir"


Siyasət 02 Avq 2020 11:10:00 61 0

"ABŞ özü daxildə ictimai asayişi qorumaq üçün bu cür addımlara yol verir"

"ABŞ öz niyyətlərini böyük KİV-lər, QHT-lər, beyin mərkəzləri vasitəsilə bütün dünyaya nümayiş etdirməyə çalışır"

İyulun 28-də ABŞ-ın nüfuzlu "New York Times" qəzetində Nyu York şəhərində nümayişdə iştirak edən insanların mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması ilə bağlı məqalə dərc olunub. Məqalədə videogörüntülər də əksini tapıb və bu maşınlar nömrəsiz olub. 

Bunu Son.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, iyulun 28-də mülki geyimli polislərin vətəndaşları nömrəsiz maşınlara zorla otuzdurularaq məlum olmayan istiqamətə aparmaları digər bir insidentin üstünü açdı:

"Əslində, son dövrlər biz müşahidə edirik ki, ABŞ-da polis ilə vətəndaşlar arasında münasibətlər heç də ürəkaçan deyil. ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra, ümumiyyətlə, polis ilə vətəndaş arasında böyük ziddiyətlər, qarşıdurmalar var və bu qarşıdurmalar çox acı sonluqla bitdi. Kütləvi nümayişlər keçirildi və cəmiyyətdə polisə qarşı narazılıq fonunda müxtəlif fikirlər səsləndi, qanunvericilikdə dəyişiklilərin olması ilə bağlı təkliflər irəli sürüldü, Qeyri Hökümət Təşkilatları, Kütləvi İnformasiya Vasitələri, hüquq müdafiəçiləri polisin zorakı hərəkətlərini tənqid edən bir sıra çıxışlarla yadda qaldılar.

Digər tərəfdən iyulun 28-də mülki geyimli polislərin vətəndaşları nömrəsiz maşınlara zorla otuzduraraq məlum olmayan istiqamətə aparmaları da digər bir insidentin üstünü açdı. Əslində, ABŞ dünyada demokratiya, insan hüquqlarının carçısıdır və bu ali dəyərlərin təbliğatçısı kimi çıxış edir. Bu meyarlara uyğun olmayan dövlətlər siyahılaşdırılır, daha sonra onlara qarşı sanksiyalar tətbiq olunur və həmin dövlətlər arzuolunmaz dövlətlər siyahısına daxil edilir. Lakin ABŞ özü daxildə ictimai asayişi qorumaq üçün bu cür addımlara yol verir, digər tərəfdən sıravi, dinc vətəndaşlara qarşı bu cür zorakı hərəkətləri həyata keçirir".

Politoloq bildirib ki, ABŞ böyük KİV-lər, QHT-lər, beyin mərkəzləri vasitəsilə bütün dünyaya özünün bu sahədə etalon olmasını nümayiş etdirməyə çalışır:

"ABŞ öz daxili asayişini qorumaq üçün qanunvericilik çərçivəsini aşaraq mülki geyimli polislərdən istifadə etməsinə rəğmən digər dövlətləri bu cür hərəkətlərdə günahlandırır və belə hərəkətlərin yolverilməzliyinə çağırılır, amma bu dəfə ABŞ-ın özü bu cür fəaliyyəti ilə həm də dünyada tanınmış "New York Times" qəzetində çap olunan məqalə ilə hədəfə alındı. ABŞ öz siyasi-iqtisadi niyyətlərini böyük KİV-lər, QHT-lər, beyin mərkəzləri vasitəsilə bütün dünyaya özünün bu sahədə etalon olmasını nümayiş etdirməyə çalışır və bu sahədə təbliğatın həyata keçirilməsi üçün milyardlarla dollar vəsait ayrılır. Lakin, görünür, Corc Floyd hadisəsindən sonra ABŞ özü də ictimai asayişi qorumaq üçün zorakı tədbirlərə əl atmağa məcbur oldu və bu cür hadisələr bundan sonra kütləvi şəkildə təkrarlana bilər".

Təhməz Təkin Son.az

Qalkindən Alla Puqaçovadan ayrılması xəbərlərinə cavab like
  • 02 Avq 11:04  
Digərləri Qalkindən Alla Puqaçovadan ayrılması xəbərlərinə cavab

Yumorist və teleaparıcı Maksim Qalkin həyat yoldaşı, SSRİ Xalq artisti Al

arrow Ətraflı
Tuba yeni serialda  FOTO like
  • 02 Avq 10:57  
Digərləri Tuba yeni serialda FOTO

Uzun müddətdir gözlənilən "Menejerimi ara" serialının ilk tizer

arrow Ətraflı
"La case de papel" finala hazırlaşır like
  • 02 Avq 10:51  
Digərləri "La case de papel" finala hazırlaşır

"Netflix"in ən məşhur seriallarından olan "La casa de papel&q

arrow Ətraflı
Bitkoinin qiyməti 12 min dolları ötüb like
  • 02 Avq 10:44  
Dünya Bitkoinin qiyməti 12 min dolları ötüb

Bitkoinin qiyməti 12 min dolları ötüb.

arrow Ətraflı
Türkiyədə koronavirusdan daha 19 nəfər öldü like
  • 02 Avq 10:38  
Dünya Türkiyədə koronavirusdan daha 19 nəfər öldü

Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb.

arrow Ətraflı
Məşhur rejissor koronavirusdan öldü like
  • 02 Avq 10:31  
Dünya Məşhur rejissor koronavirusdan öldü

İranlı məşhur rejissor Hüsrev Sinai koronavirus infeksiyasına yoluxub və

arrow Ətraflı
"Dünya ictimaiyyəti birmənalı olaraq qəbul edib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır" like
  • 02 Avq 10:25  
Siyasət "Dünya ictimaiyyəti birmənalı olaraq qəbul edib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır"

İşğalçı ölkənin hazırkı baş naziri Paşinyan hakimiyyətə gəldikdən

arrow Ətraflı
Tokioda koronavirusa yoluxmada rekord like
  • 02 Avq 10:18  
Dünya Tokioda koronavirusa yoluxmada rekord

Yaponiyanın paytaxtı Tokioda son sutka ərzində koronavirusa yoluxanların sa

arrow Ətraflı
60 yaşlı kişi evində özünü asdı like
  • 02 Avq 10:12  
Digərləri 60 yaşlı kişi evində özünü asdı

Cəlilabadda intihar hadisəsi baş verib.

arrow Ətraflı
Məşhur cütlüyün ayrılıq səbəbi Kərəm yox, like
  • 02 Avq 10:05  
Digərləri Məşhur cütlüyün ayrılıq səbəbi Kərəm yox,

Türkiyənin məşhur aktrisası Hande Erçel ilə keçmiş sevgilisi, müğənn

arrow Ətraflı
Hindistanda 86 nəfər spirtli içkidən zəhərlənərək öldü like
  • 02 Avq 09:59  
Dünya Hindistanda 86 nəfər spirtli içkidən zəhərlənərək öldü

Hindistanın şimalında yerləşən Pəncab əyalətində kustar üsulla istehs

arrow Ətraflı
Cəbhədə son vəziyyət like
  • 02 Avq 09:52  
Siyasət Cəbhədə son vəziyyət

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Ötən ay toyları olmuşdu  “Sürüyərək evdən çıxartdı” like
  • 02 Avq 09:46  
Digərləri Ötən ay toyları olmuşdu “Sürüyərək evdən çıxartdı”

Aktrisa Yıldız Asyalı rejissor Kərəm Saka ilə iyunun 29-u təmtəraqlı to

arrow Ətraflı
Rusiyada qatar qəzası: like
  • 02 Avq 09:33  
Dünya Rusiyada qatar qəzası:

Rusiyada dəmiryolu qəzası zamanı kömürlə dolu 11 vaqon relsdən çıxaraq

arrow Ətraflı
Bakıda yaşayış evi külə döndü like
  • 02 Avq 09:26  
Digərləri Bakıda yaşayış evi külə döndü

Bakının Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evdə y

arrow Ətraflı