Məşhur rejissor koronavirusdan öldü


Dünya 02 Avq 2020 10:31:00 161 0

Məşhur rejissor koronavirusdan öldü

İranlı məşhur rejissor Hüsrev Sinai koronavirus infeksiyasına yoluxub və vəfat edib.

Son.az axşam.az-a istinadən bildirir ki, 1999-cu ildə çəkdiyi "Arus-i Ateş" ("Atəşin gəlini") filmi ilə tanınan Sinai 79 yaşında dünyasını dəyişib.

İnfeksiyaya yoluxandan sonra Tehranda xəstəxanaya yerləşdirilən rejissor müalicə edilsə də, həkimlər onu xilas edə bilməyib.