Tokioda koronavirusa yoluxmada rekord


Dünya 02 Avq 2020 10:18:00 178 0

Tokioda koronavirusa yoluxmada rekord

Yaponiyanın paytaxtı Tokioda son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda - 472 nəfər artıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Kyodo" agentliyi xəbər verib.

Daha əvvəlki rekord cümə günü qeydə alınmışdı (463 nəfər).

Ən son məlumatlara görə, Yaponiya ərazisində, "Diamond Princess" laynerinin ekipaj üzvləri də daxil olmaqla, koronavirusa yoluxanların ümumi sayı 37,1 nəfəri ötüb. Ölüm hallarının sayı 1 024-dür.