Meksikada koronavirusdan ölənlərin sayı 47 472 nəfərə çatıb


Dünya 02 Avq 2020 09:13:00 160 0

Meksikada koronavirusdan ölənlərin sayı 47 472 nəfərə çatıb

Meksikada ötən sutka ərzində yeni növ koronavirusdan 784 nəfər vəfat edib.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə öz "Twitter" səhifəsində ölkənin səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.

Onun sözlərinə görə, Meksikada 434 193 nəfər koronavirusa yoluxub. Koronavirusa yoluxanlardan 47 472 nəfər ölüb, 284 847 nəfər isə sağalıb.