Almaniyada koronavirus məhdudiyyətlərinə qarşı mitinq keçirildi


Dünya 02 Avq 2020 09:20:00 137 0

Almaniyada koronavirus məhdudiyyətlərinə qarşı mitinq keçirildi

Almaniyanın paytaxtı Berlin şəhərində 20 min nəfərdən ibarət toplum koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərə qarşı icazəsiz mitinq keçirib.

APA yerli DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat verib.

Bildirilib ki, polisin müdaxiləsindən sonra mitinq dağıdılıb.

Etiraz mitinqi əvvəlcə şəhər mərkəzində 17 min insanın yürüşü ilə başlayıb. Sonradan nümayişçilər Tierqarten rayonunda "17 iyun" küçəsinə toplaşıblar. Əlavə 3 min nəfər də etirazçılara qoşulub.