Türkiyə vəd verdi: otel qiymətlərini qaldırmayacaq


Dünya 02 Avq 2020 09:07:00 157 0

Türkiyə vəd verdi: otel qiymətlərini qaldırmayacaq

Rusiya ilə uçuşlar bərpa edildikdən sonra Türkiyə otel qiymətlərini ötən ilki səviyyədə saxlayacaq. 

Son.az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Otelçilər Federasiyasının rəhbəri Sururi Çorabatır açıqlamasında deyib.

O bildirib ki, mövcud qiymətlər tur operatorları ilə 2019-cu ildə imzalanan müqavilələrdə olduğu kimi qüvvədə olacaq: "Koronavirus pandemiyası səbəbindən bütün sahələrdə qiymət artımı müşahidə edilsə də bu, otel qiymətlərinə təsir etməyəcək. Bəzi otellər hətta müştəriləri cəlb etmək üçün qiymətləri azaldırlar". 

Federasiya rəhbəri əlavə edib ki, Türkiyə hökuməti pandemiyadan əziyyət çəkən sektorlara, o cümlədən turizm sənayesinə dəstək verir. 

Qeyd edək ki, Rusiya avqustun 1-dən etibarən Böyük Britaniya, Türkiyə və Tanzaniya ilə uçuşları bərpa edib. Bu tarixdən etibarən Ankara və İstanbul kimi Türkiyənin iri şəhərlərinə uçuşlar başlayıb. Avqustun 10-dan isə Antalya, Bodrum və Dalaman kurort şəhərlərinə uçuşlar bərpa ediləcək.