Braziliyada koronavirusa yoluxanların sayı 2,7 milyon nəfəri ötüb


Dünya 02 Avq 2020 08:45:00 166 0

Braziliyada koronavirusa yoluxanların sayı 2,7 milyon nəfəri ötüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 45 392 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 707 877 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 088 nəfər ölüb, ölənlərin ümumi sayı 93 563 nəfər təşkil edir.