Rusiyada kömür daşıyan 11 vaqon relsdən çıxıb


Dünya 02 Avq 2020 08:20:00 189 0

Rusiyada kömür daşıyan 11 vaqon relsdən çıxıb

Rusiya Federasiyasının Komi Respublikasında kömür daşıyan 11 vaqon relsdən çıxıb.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, bu barədə regonun Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Məlumata əsasən, insident nəticəsində xəsarət alan olmayıb, ətraf mühit üçün təhlükə yoxdur.

Bildirilir ki, qəza səbəbindən Şimal dəmir yolunun Sosnoqorsk - Mikun hissəsində qatarların hərəkəti dayandırılıb. Bundan əlavə, iki sərnişin qatarı gecikir.