17 yaşlı gənclər evdən oğurluq etdilər


Kriminal 01 Avq 2020 18:05:00 157 0

17 yaşlı gənclər evdən oğurluq etdilər

Bakıda evdən oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, iyulun 18-dən 21-dək olan müddət ərzində Səbail rayonu, Badamdar qəsəbəsi, S. İbrahimxəlilov küçəsində yerləşən evlərdən birindən 40 dollar və 4 min manatlıq qızıl oğurlanıb. 

Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü təvəllüdlülər - Cəsur Həsənov və Elcan Abdullazadə Səbail RPİ 41-ci PB əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.