"Ata qayğısı görmədim, onun haqda oxuya bilmərəm"


Şou-biznes 01 Avq 2020 16:12:34 202 0

"Ata qayğısı görmədim, onun haqda oxuya bilmərəm"

Heç vaxt ata haqqında mahnı oxumuram. Ürəyimdən gəlmir, oxuya bilmirəm.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Fədayə Laçın İnstaqramda canlı yayımda olarkən deyib. İzləyiciləri sənətçidən ata haqqında oxumasını istəyib. O isə etiraz edərək, heç vaxt bu cür mahnıları başa düşmədiyini bildirib:

"Atasız böyüdüyüm üçün mənə çatmır ata muğamı. Anadan ürəkdən oxuyuram. Hətta toyda elə oxuyuram ki, hamı ağlaşır. Baxıram ki, durub oynayan olmur. Bizi anam saxlayıb. Ana qayğısı gördüm, ata yox. Ona görə də belə düşünürəm. Ataları Allah qorusun, dünyasını dəyişənlərə rəhmət diləyirəm. Amma oxuya bilmirəm".