Bakıda bərbər 18 yaşlı şəxsi qayçı ilə ağır yaraladı


Kriminal 29 İyl 2020 16:33:00 185 0

Bakıda bərbər 18 yaşlı şəxsi qayçı ilə ağır yaraladı

Bakının Sabunçu rayonunda iyulun 28-də saat 19:50 radələrində cinayət hadisəsi törədilib.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Ramana qəsəbəsində 2003-cü il təvəllüdlü bərbər Akif Məmmədov salonun yaxınlığında 2002-ci il təvəllüdlü dostu Emral Əsgərova qayçı ilə kürək və sinəsinə nüfuz edən zərbələr endirib.

Hadisəni törədəndən sonra o, qaçaraq gizlənib. Hazırda 12-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxsin tutulması üçün tədbirlər həyata keçirirlər.