Bakıda təkər tullantıları yanır


Digərləri 28 İyl 2020 13:14:00 253 0

Bakıda təkər tullantıları yanır

Bakıda yanğın başlayıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Binəqədi rayonu ərazisində təkər tullantıları yanır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.

Əlavə məlumat veriləcək.