"Nə qədər qaydalara ciddi riayət etsək, o qədər tez karantin rejimindən çıxa bilərik"


Digərləri 28 İyl 2020 13:01:00 235 0

"Nə qədər qaydalara ciddi riayət etsək, o qədər tez karantin rejimindən çıxa bilərik"

Azərbaycanda koronavirusla mübarizə istiqamətində görülən tədbirlər, o cümlədən sərt karantin rejiminin iyunun 21-dən etibarən yenidən tətbiqi artıq öz müsbət nəticələrini verməkdədir.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova qeyd edib ki, son günlərin statistikasına nəzər salsaq, yoluxanların sayında azalmanın, sağalanların sayında isə artımın müşahidə olunduğunun şahidi oluruq:

"Əlbəttə ki, bu, çox sevindirici haldır və indiyə qədər görülən işlərin nəticəsidir. Lakin bu müsbət tendensiyanın davam etdirilməsi və uğurlu sonluğa çatmaq üçün hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti sona qədər yerinə yetirməlidir. Yəni görülən işlərin tam müsbət nəticə verməsi üçün ictimaiyyətin bütün üzvlərinin dəstəyi olduqca vacibdir".

Deputat vurğulayıb ki, ölkəmizdə koronavirusla bağlı müsbət tendensiyanın müşahidə edilməsi heç bir halda insanlarımızı arxayınlaşdırmamamlıdır:

"Unutmamalıyıq ki, pandemiya hələ bitməyib. Təəssüflər olsun ki, koronavirus bütün dünyanı ciddi təhdidlə üz-üzə qoymaqda davam edir. Hətta bir sıra ölkələrdə virusun yayılmasında yenidən artım müşhidə olunur.