ABŞda koronavirusa yoluxanların sayı 3 milyon nəfəri ötüb


Dünya 08 İyl 2020 22:40:00 176 0

ABŞda koronavirusa yoluxanların sayı 3 milyon nəfəri ötüb

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 3 milyon nəfəri ötüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 3 009 611 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 131 594 nəfəri vəfat edib, 963 476 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları Nyu-York (398 237), Kaliforniya (284 139), Florida (223 783) və Texas (216 026) ştatlarında qeydə alınıb.