Koronavirus özündən sonra bədəndə hansı izləri qoyur?


Digərləri 08 İyl 2020 22:20:00 180 0

Koronavirus özündən sonra bədəndə hansı izləri qoyur?

"Koronavirus olan bəzi xəstələrdə infeksiya əlamətləri sağalandan bir neçə ay sonra da getmir və bu, risklidir".

Son.az xəbər verir ki, bu sözləri Berlin Tibb Kompleksinin Şarite Universitetinin və Harvard Universitetinin professoru Tobias Kurt qeyd edib.

Epidemioloq bildirib ki, heç bir simptom göstərməyən xəstələr var. Ancaq xüsusən də ağciyərlərdə problemləri olanlar da var. Mütəxəssisin fikrincə, koronavirus infeksiyasının davamlı təsirləri əvvəllər sağlamlıq problemləri olmayan gənclərdə də müşahidə olunur. Bəziləri idman edə bilmir, bunun səbəbi zəiflik və tənəffüs çatışmazlığıdır.

Almaniyalı professor qeyd edib ki, gələcəkdə istehsal olunan xüsusi hazırlanmış preparatlar simptom riskini azalda bilər. (publika.az)