Tramp koronavirus vaksininin tezliklə yaradılacağına söz verdi


Dünya 01 İyl 2020 23:23:16 380 0

Tramp koronavirus vaksininin tezliklə yaradılacağına söz verdi

ABŞ prezidenti Donald Tramp yenidən koronavirusun hansısa bir anda yox olacağına əminliyini ifadə edib.

Donald Tramp

ABŞ prezidenti Donald Tramp yenidən koronavirusun hansısa bir anda yox olacağına əminliyini ifadə edib.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Fox Business” telekanalının efirində deyib.

ABŞ rəhbəri bildirib ki, xəstəliyin vaksini artıq tezliklə meydana çıxacaq.

"Mən inanıram ki, o, (koronavirus-red) hansısa bir anda bu gedəcək və mən inanıram ki, çox tezliklə bizdə vaksin olacaq”, - Donald Tramp bildirib.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma hallarının sayına (2 758 395) görə birinci yerdədir. Son sutkada Birləşmiş Ştatlarda koronavirusa daha30 542 yoluxma qeydə alınıb, 324 nəfər ölüb. Bununla da ABŞ-da koronavirus qurbanlarının sayı 130 446 nəfərə çatıb.